GuidePedia


“AzTV” telekanalı ilə yayımlanan yarışlarda ölkəmizin 15 bölgəsini təmsil edən 30 komanda iştirak edir.
4-cü mövsümün ikinci seçim oyununun keçirildiyini xatırladan aparıcı DJ Fateh oyunun keçirilməsində göstərdiyi dəstəyə görə, Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə, Gənclər və İdman Nazirliyinə, həmçinin sponsorlara təşəkkürünü bildirib.
Sentyabr ayının ikinci seçim oyunu “Kapital bank” və “Qafqaz Universiteti” komandalarının qarşılaşması ilə başlayıb. “Kapital bank” rəqibinə bir xal üstünlüyü – 5-4 hesabı ilə qalib gəlib. “Orion” və “Romantik” komandaları arasında baş tutan ikinci seçim görüşü də birincinin qələbəsi ilə başa çatıb.
Sonrakı iki finalda “Kapital bank”la “Orion” komandaları birincilik uğrunda mübarizə aparıblar. 2 oyunda hesab bərabər olduğundan üçüncü – həlledici oyun oynanılıb. Burada “Kapital bank” üstünlük qazanaraq sentyabr ayının finalında oynamaq hüququ əldə edib.
Oyunlar ilin sonunadək davam edəcək və 15-ci oyunda Təhsil Nazirliyi tərəfindən təsis olunmuş “Bilik kuboku”nun sahiblərinin adları məlum olacaq. Həmin oyunda sentyabr, oktyabr və noyabr aylarının çempionları iştirak edəcək.
 “Bilik kuboku”nun qalibi Təhsil Nazirliyi tərəfindən elekton kitab oxuyucusu ilə mükafatlandırılacaq. Eyni zamanda qalib komandaya sponsorlar planşetlər və hesabında 3 min AZN olan plastik kart təqdim edəcəklər. 
                                        (c)edu.gov.az

 
Top