V “Elektron Təhsil” Respublika müsabiqəsinin başlanmasına start verildi.
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı təhsildə elektron tədris resurslarının tətbiqi sahəsində sağlam rəqabətin stimullaşdırılması və rəqabət elementlərinin tətbiq edilməsi məqsədilə, “Elektron Təhsil” Respublika müsabiqəsinin k
Bu barədə Təhsil Nazirliyindən FaktXəbər-ə daxil olan məlumatda bildirilir.
Müsabiqə 3 istiqamət olmaqla, 7 nominasiya üzrə keçiriləcəkdir:
“Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə:
- Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı dərs modeli;
- “1 şagird : 1 kompyuter” modeli üzrə ən uğurlu dərs/tədris layihəsi;
- Təhsil Portalında (www.edu.az) yerləşdirilmiş resurslardan istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi;
- Onlayn vasitələrdən (veb 2.0, sosial servislər və s.) istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi.
“Təhsildə İnternet texnologiyaları” istiqaməti üzrə:
- Təhsildə İnternet resursları;
- Müəllim bloqları.
“Milli elektron tədris resurslarının yaradılması” istiqaməti üzrə:
- Milli elektron tədris resurslarının yaradılması.
Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində elektron tədris resurslarından, İnternet texnologiyalarından istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
Müsabiqə Dr. Web, İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AZEDUNET, Ultra, Mədəd Azərbaycan və Nar Mobile tərəfindən dəstəklənir.
Müsabiqədə qaliblərə noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunacaq.
Qeyd etmək lazımdır ki, müsabiqə artıq beşinci ildir həyata keçirilir və 2010-2013-ci illərdə keçirilən müsabiqələrdə ümumi olaraq 4000-dən artıq layihə təqdim edilmişdir
(c)Faktxeber.com
(c)Faktxeber.com