Sabahın alimləri müsabiqəsi
Əziz məktəblilər!“Sabahın alimləri” IV Respublika Müsabiqəsinə start verilmişdir. Müsabiqəyə böyük həvəs və marağı nəzərə alaraq bu il ilk dəfə olaraq müsabiqənin artıq respublikada fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərin IX-XI sinif şagirdləri arasında kecirilməsi qərara alınmışdır.
“Sabahın alimləri” IV Respublika Müsabiqəsi hər il ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə milli seçim turudur.
Müsabiqənin təşkilatçıları Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və “Mədəd” təşkilatıdır.
Müsabiqə iştirakcıları - Respublikada fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərin IX-XI sinif şagirdləri.
Müsabiqənin istiqamətləri:
- Riyaziyyat
- Fizika, astronomiya
- Kimya
- Biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya)
- Tibb və sağlamlıq
- Ekologiya, ətraf mühitin idarə olunması
- Mühəndislik (energetika, mexanika, nəqliyyat, biomühəndislik və s.)
- Kompyuter elmləri
Müsabiqənin keçirilməsi üçün Təşkilat Komitəsi, Elmi Ekspertiza Komitəsi (EEK) və Münsiflər Heyəti yaradılmışdır.
Müsabiqənin işci dili – Azərbaycan və rus dilləridir.
Müsabiqədə iştirak pulsuzdur.
Müsabiqəyə qeydiyyat – on-line aparılır.
E – mail: sabahinalimleri@gmail.com
- bütün məlumatlar sabahinalimleri.edu.az saytında yerləşdirilir;
Müsabiqədə iştirak:http://sabahinalimleri.edu.az/
- Şagirdlərin və onların layihələrinin qeydiyyatını müəllim yaxud elmi rəhbəri həyata kecirir
- Müsabiqənin kecirilmə mərhələləri
- Əsas vaxt
- Şagirdlərin elmi – tədqiqat layihələri haqqında (nümunə)
- Müsabiqəyə qoyulan tələblər
- Qaliblərin mükafatlandırılması
- Formallar ( nümunə)
- Posterlər (nümunə)
Umumi təhsil müəsissələrinin rəhbərlərınə
Müsabiqədə iştirak etmək istəyən şagirdlərin qeydiyyatı keçirilir;
Müsabiqə zamanı keçirilən İntel Akademiyasında iştirak etmək istəyən müəllimlərin və elmi rəhbərlərin qeydiyyatı keçirilir
- Müəllimlərin və Elmi rəhbərlərin qeydiyyatı
Əsas tarixlər:
Qeydiyyatdan kecirilir və annotasiyalar təqdim edilir : oktyabr 15- dən-dekabr 25-dək
EEK- si tərəfindən təsdiq olunub musabiqəyə buraxılır: dekabr 15-dən yanvarın 5-dək
Müsabiqənin kecirilmə vaxtı: 12 – 14 fevral
(c)http://veb2ramil.blogspot.com/