21.11.14 14:41 |
V “Elektron Təhsil” Respublika müsabiqəsinə təqdim olunan işlər Ekspert komissiyasının üzvləri tərəfindən qiymətləndirildi.
Qiymətləndirməyə əsasən, 978 layihədən 302 layihə nominant adını qazanaraq, növbəti III mərhələyə keçirilmişdir. Bu mərhələdə qiymətləndirmə Münsiflər heyətinin üzvləri tərəfindən həyata keçiriləcəkdir. Münsiflər təqdim olunan işləri 0-10 bal sistemi ilə onlayn olaraq qiymətləndirəcəklər. Nəticələrə uyğun olaraq, yüksək bal toplayan işlərin müəllifləri Təşkilat Komitəsi qarşısında təqdimat edəcəklər və nominasiyalar üzrə qaliblər müəyyən ediləcəkdir.
Qeyd edək ki, müsabiqə “Dr. Web”, İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, “Edumedia-Azərbaycan”, “AZEDUNET”, “Ultra”, Mədəd Azərbaycan və “Nar Mobile” şirkətləri tərəfindən dəstəklənir. Müsabiqənin qaliblərinə Təhsil Nazirliyinin xüsusi diplomları, noutbuklar, planşetlər, printerlər və digər mükafatlar təqdim olunacaq. |