GuidePedia

17 oktyabr 2014-cü il tarixində TQDK-nın nəzdində fəaliyyət göstərən Psixometriya üzrə elmi-metodiki seminarın cari tədris ili üçün ilk iclası keçirilmişdir. 

İclasda müxtəlif təhsil müəssisələrindən nümayəndə, psixometriya və məntiq sahəsi üzrə mütəxəssislər iştirak etmişlər. 

Seminarın rəhbəri A. Allahverdiyev seminarın məqsədini açıqlamış, seminarın illik iş planının layihəsini iştirakçılara təqdim etmişdir. Layihə haqqında seminar iştirakçılarının rəyi öyrənilmiş və təklifləri dinlənilmişdir. 

Seminarın illik iş planı təklif və rəylər nəzərə alınmaqla təsdiq olunmuşdur. 

24 oktyabrda keçiriləcək növbəti seminarda məntiqi təfəkkürü yoxlayan test üzrə 2015-2016-ci tədris ili üçün magistraturaya qəbul proqramının ilkin layihəsi müzakirə olunacaq. 



Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~BdnPy
                                  (c)tqdk.gov.az
 
Top