BAX
“Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan bu ensiklopediya qədim və eyni
zamanda sonsuz cavan kimya elminin kiçicik bir hissəsinə baxışdır. Kitabda kimya elminin tarixinə, elmin inkişafına öz töhfələrini vermiş kimyaçıların fəaliyyətinə nəzər salınmışdır. Burada metallar, qeyri-metallar, qələvilər, turşular, duzlar, müxtəlif birləşmələr haqqında məlumat verilmiş, onların səciyyəvi xüsusiyyətləri göstərilmiş, insan həyatında bu maddələrin nə qədər rola malik olduğu vurğulanmışdır. Kitab kimya ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
(c)e-book.az