GuidePedia

Olkemizi taniyaq on PhotoPeach

Kimya nədir?

Kimya Nədir ?
(Xülasə) : Maddənin xüsusiyyətlərini,qurluşunu, ayri ayri maddələr arasındakı əlaqə və dəyişmələri araşdıraraq, bu dəyişmələrin bağlı olduğu qanun və qaydalardan danışan elmdir. Kimya üzərindəki elmi düşüncə, ilkin Roger Bacon (1214-1294) ilə başlayır.
Kimya, ümumiyyətlə, qeyri-üzvi maddələri araşdıran qeyri-üzvi kimya, üzvi maddələri araşdıran üzvi kimya olmaq üzrə iki böyük şöbəyə ayrilir.
Kimya Nədir ? (Detal) : Maddələrin strukturlarıyla, xüsusiyyətləriylə, keçirdikləri dəyişmələr və bu dəyişmələr sırasındakı enerji alverləriylə maraqlanan elm sahəsinə kimya deyilir. Kimya sözü Köhnə Misir dilində ‘Dünya' mənasına gelen kem' sözcüyündən törəmişdir. Təbiətdə olan ya da süni olaraq çıxarılan hər maddə, bəzi təməl maddələrin birləşməsindən meydana gəlir. Bu maddələrə element deyilir. Məsələn hidrogen, oksigen, karbon və dəmir bir elementdir. Təbiətdə 94 növ element vardır. Bütün maddələr elementlərin dəyişik nisbətlərdə birləşməsiylə meydana gələr və bunlara ‘mürəkkəb' deyilir. Məsələn su bir mürəkkəbdir: Hidrogen və oksigenin birləşməsiylə meydana gələr. 94 elementin değişik formalarda birləşməsiylə ibarət olan mürəkkəblərin sayı səkkiz milyonun üzərindədir. Bişirmə, fermentasyon, şüşə, metalurgiya sivilizasiyanın yaranmasından edilən kimyəvi tətbiqlərdir. İndiki vaxtda vinil, Teflon, maye kristallar, yarı keçiricilər və super keçiricilər kimya tətbiqlərinin gəldiyi nöqtəni gözlər önünə sərir. Xüsusilə 20. əsrdə kimya sahəsində çox böyük inkişaflar oldu. Nə var ki kimya bir zamanlar, həm də çox uzaq olmayan bir keçmişdə, cadugərliyin və batil inancların təsiri altinda idi.
 KİMYA Atomları, element ya da mürəkkəb haldakı maddələrin quruluşunu, bileşimini və xüsusiyyətlərini, uğradıqları çevrilmələri, bu çevrilmələr əsnasında ortaya çıxardıqları  enerji və entropiyanı araşdıran elm sahəsidir.(ardı var)
                                 (c)kimyaoyren.jimdo.com
 
Top