GuidePedia

Mütəxəssisin (müqaviləçinin) funksiyaları:
Müqaviləçi müxtəlif ixtisas istiqamətləri üzrə* ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarını hazırlamaq üçün aşağıdakı funksiyalardan birini və ya bir neçəsini yerinə yetirməlidir:
  •         sifariş əsasında test tapşırıqlarını tərtib etmək;
  •         test tapşırıqlarının ekspertizasını həyata keçirmək;
  •         test tapşırıqlarını Azərbaycan dilindən rus dilinə və əksinə tərcümə etmək;
  •         test tapşırıqlarının tərcüməsinin ekspertizasını həyata keçirmək.
Qoyulan tələblər:
  •        İxtisası üzrə magistr və ya daha yüksək elmi dərəcəyə malik olmalıdır;
  •        Azərbaycan və ya rus dilini mükəmməl bilməlidir;
  •        Mircrosoft Office proqramlarında işləməyi bacarmalıdır;
  •        Test tapşırıqlarının məxfiliyini qorumağı öhdəsinə götürməli və şəxsi məsuliyyət daşıdığını təsdiq etməlidir.
Qeyd: Müraciət edənlərin test tapşırıqlarının tərtibi, ekspertizası və tərcümə edilməsi sahəsində təcrübə qazanması üçün treninqlərin və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur.
İş qrafiki:
- Razılaşdırılmış qrafik üzrə həftədə 3 iş günü müddətində ən azı 12 saat.
İşə götürülənin təyinatı, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.
Maraqlanan şəxslər öz CV-lərini 2014-cü il noyabr ayının 16-dək magistratura@tqdk.gov.az elektron ünvanına mövzu hissəsində “Test tapşırığı hazırlanması üçün elan” yazaraq göndərmələri xahiş olunur. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.


Səhifənin qisa keçidi: http://www.tqdk.gov.az/~j1HHV
                     tqdk.gov.az
 
Top